SON DƏQİQƏ

naxcivanxeberleri.com

BMT baş katibi Rusiya və Gürcüstanın XİN rəhbərlərinin görüşünü alqışlayıb

BMT baş katibi Rusiya və Gürcüstanın XİN rəhbərlərinin görüşünü alqışlayıb
27-09-2019, 09:07

BMT baş katibi Antoniu Quterreş Gürcüstanın xarici işlər naziri David Zalkaliani ilə Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrovun görüşünü alqışlayıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrikin təşkilatın saytındakı bəyanatına istinadən xəbər verir.

"BMT-nin baş katibi Gürcüstan və Rusiyanın xarici işlər nazirlərinin sentyabrın 26-da İsveçrənin vasitəçiliyi ilə keçirilmiş görüşünü alqışlayır", - deyə sənədin mətnində bildirilir.

BMT Baş Assambleyasını 74-cü sessiyası çərçivəsində baş tutan görüşdə Gürcüstan tərəfinin əsas müzakirə mövzusu ölkə ərazisinin işğalı olub. Görüş İsveçrənin təşəbbüsü və təşkilatçılığı ilə keçirilib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930