SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanın XİN rəhbəri Bəhreyn Krallığının xarici işlər naziri ilə görüşüb

Azərbaycanın XİN rəhbəri Bəhreyn Krallığının xarici işlər naziri ilə görüşüb
26-09-2019, 13:00

BMT Baş Assambleyasının (BA) 74-cü sessiyası çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Bəhreyn Krallığının xarici işlər naziri Şeyx Xalid bin Ahmed Mohamed Al Xalifa ilə görüşüb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazirlər Azərbaycan və Bəhreyn arasında mövcüd olan ikitərəfli əməkdaşlıq münasibətlərini müzakirə ediblər və ölkələr arasındakı əlaqələrin daha da dərinləşdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Tərəflər bu ilin 25-26 oktyabrında Bakıda keçiriləcək Qoşulmama Hərəkatının Zirvə görüşü və Azərbaycanın qarşıdan gələn 3 il ərzində bu Hərəkata sədrliyi məsələlərinə dair fikir mübadiləsi aparıblar.

Nazirlər habelə regional və qlobal təhlükəsizlik məsələləri, eləcə də BMT Baş Assambleyasının 74-cü sessiyasının gündəliyindəki digər məsələləri müzakirə ediblər.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930