SON DƏQİQƏ

naxcivanxeberleri.com

Türkiyə prezidenti: "ABŞ-la qarşı-qarşıya gəlməyi arzulamırıq"

Türkiyə prezidenti:
21-09-2019, 15:15

“Biz Suriyada ABŞ-la qarşı-qarşıya gəlməyi arzulamırıq”.

NAXCİVANXEBERLERİ.COM“CNNTürk”ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a yol düşməzdən əvvəl Ankarada Atatürk hava limanında Suriyada təhlükəsizlik zonasının yaradılması ilə bağlı məsələdən danışarkən bildirib.

“Suriya ilə sərhədboyu bütün hazırlıq işlərini tamamlamışıq. ABŞ məlum strateji ortağımızdır. NATO-da birlikdəyik. Bütün hallarda uzun illərdir ABŞ-la strateji ortaqlığımızı davam etdiririk. Biz yenə də müttəfiqik. ABŞ-la qarşı-qarşıya gəlmə kimi bir arzimuz da yoxdur. Ancaq ABŞ-ın da dəvət edilmədiyi bir yerdə hazırda terror qruplaşmasını dəsətkləməsini görməzliyə vura da bilmərik. Başqa sözlə, ABŞ-ın terrorçu PKK/YPG-PYD qruplaşmasını açıq-aşkar dəstəkləməsi ortalıqdadır. ABŞ prezidenti Donald Trampla görüşdə bu məsələni müzakirə edəcəyik.

Fəratın şərqində biz hücum edən, bölgəmizdə narahatlıq yaradan bu terror qruplaşmasından buraları təmizləyəcəyik. Təmizləməyi başa çatdıracağıq. Hazırda bölgədə İŞİD yox dərəcəindədir. İndi Suriya Demokratik Qüvvələri adlı bir uydurma qrup ortaya çıxarıblar. Əslində bu aldadıcıdır. Onun da YPG və PYD-dən heç bir fərqi yoxdur. Buna terror qruplaşmalarının çadırı da deyə bilərik”, - deyə Türkiyə prezidenti vurğulayıb.

Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan ABŞ-a təhülkəsizlik zonasının yaradılması ilə bağlı iki həftə vaxt verib.

Qeyd edək ki, sentyabrın 17-də BMT Baş Assambleyasının 74-cü sessiyası balşayıb. Sentyabrın 24-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu toplantıda beynəlxalq sülh və təhlükəsizliyə dair təməl məsələlərlə bağlı çıxış edəcək.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031