SON DƏQİQƏ

naxcivanxeberleri.com

Zakir Həsənov: "Qoşunlar irimiqyaslı döyüş əməliyyatları üzrə tapşırıqları uğurla icra ediblər"

Zakir Həsənov:
20-09-2019, 16:40

"Genişmiqyaslı təlimlər zamanı qarşıya qoyulan vəzifələr tam həcmdə yerinə yetirilib və plana uyğun olaraq qoşunlar irimiqyaslı döyüş əməliyyatları üzrə tapşırıqları uğurla icra ediblər".

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu Müdafiə naziri general-polkovnik Zakir Həsənov genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin sonunda təlimlərin və 2019-cu ilin doqquz ayının yekunlarına dair Müdafiə Nazirliyində keçirilən kollegiya iclasında deyib.

Müdafiə naziri təlimlər zamanı idarəetmə orqanları və qoşunların əməliyyat hazırlığının daha da təkmilləşdirildiyini və qərargahların öz vəzifələrini müvəffəqiyyətlə icra etdiyini qeyd edib.

Komandanlığın qoşunları idarəetmə bacarığı və hərbi qulluqçuların döyüş əzmi Müdafiə naziri tərəfindən yüksək qiymətləndirilib.

General-polkovnik Z.Həsənov keçirilən genişmiqyaslı təlimlərin əhəmiyyətini vurğulayaraq, Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları bir daha kollegiya iştirakçılarına çatdırıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031