SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan alimləri iri çaplı pulemyotlar üçün yeni stend yaradıblar

Azərbaycan alimləri iri çaplı pulemyotlar üçün yeni stend yaradıblar
17-09-2019, 11:09

AMEA Rəyasət Heyəti aparatının Strateji Elmi Tədqiqatlar Mərkəzinin güc strukturları üçün icra etdiyi layihə çərçivəsində birinci mərhələ həyata keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Akademiyadan verilən məlumata görə, həmən mərhələnin tərkib hissəsini "Müxtəlif növ iri çaplı pulemyotların geri təpmə qüvvəsini ölçən stendin yaradılması" təşkil edib.

Yerli mütəxəssislər tərəfindən yaradılan stendi yoxlamaq məqsədilə Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin əməkdaşlarının iştirakı ilə sınaq atışları həyata keçirilib.

Proses müsbət nəticələr verib və stend öz işçi parametrlərini sınaq müddətində tam qoruyub.

Hazırda növbəti mərhələyə hazırlıq işləri aparılır və yaxın gələcəkdə yeni sınaq atışlarının keçirilməsi nəzərdə tutulur.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31