SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində ilk dərs gününə başlanılıb-FOTOLAR

Naxçıvanda Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində  ilk dərs gününə başlanılıb-FOTOLAR
16-09-2019, 17:45

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni oxunduqdan sonra Daxili işlər naziri, general-leytenant Fazil Ələkbərov yeni dərs ilinin və məktəbdə ilk dərs gününün başlanması münasibətilə kollektivi Naxçıvan Muxtar Respublikası Ali Məclisi və nazirliyin şəxsi heyəti adından təbrik edib.
Bildirilib ki, Ali Məclis Sədrinin 2008-ci il 5 mart tarixli Fərmanı ilə yaradılan məktəb muxtar respublikada yeni təhsil müəssisəsi olmaqla daxili işlər orqanlarının ixtisaslı kadrlarla təminatına töhfəsini verəcək. Hazırda məktəb üçün müasir tələblərə cavab verən kompleksin inşa olunduğunu diqqətə çatdıran nazir bildirib ki, kompleks tədrisin yüksək səviyyədə təşkilinə imkan verəcək. Kursantların yaradılan şəraitdən səmərəli istifadə etmələrinin vacibliyini vurğulayan Fazil Ələkbərov deyib ki, Orta İxtisas Polis Məktəbinə qəbul üçün 150 nəfər müraciət edib. Onların 105-i imtahanlara buraxılıb, 25 nəfər məktəbdə oxumaq imkanını qazanıb. Tədris müddəti 2 il olan məktəbi bitirdikdən sonra məzunlara polis kiçik leytenantı rütbəsi veriləcək, onlar muxtar respublikanın daxili işlər orqanlarında zabit kimi xidmətə başlayacaqlar.
Nazir Ali Məclisin Sədrinə yaradılmış şəraitə görə kollektiv adından minnətdarlığını ifadə edib. Əminliyini bildirib ki, məktəb qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində üzərinə düşən tapşırıqları layiqincə yerinə yetirəcək, yaradılan şəraitə əməli işi ilə cavab verəcək.
Kursantlar adından çıxış edən Tural Səfərli onlara göstərilən diqqət və qayğı, yaradılan şərait müqabilində yaxşı təhsil alacaqlarını, fəaliyyət göstərəcəkləri dövrdə nümunəvi xidmət edəcəklərini bildirib.
Sonra Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyində kursantların andiçmə mərasimi keçirilib, onlar polis andını qəbul etdikdən sonra muzeyin eksponatları ilə yaxından tanış olublar.
Naxçıvanda Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində  ilk dərs gününə başlanılıb-FOTOLARNaxçıvanda Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində  ilk dərs gününə başlanılıb-FOTOLARNaxçıvanda Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində  ilk dərs gününə başlanılıb-FOTOLARNaxçıvanda Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində  ilk dərs gününə başlanılıb-FOTOLARNaxçıvanda Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində  ilk dərs gününə başlanılıb-FOTOLARNaxçıvanda Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində  ilk dərs gününə başlanılıb-FOTOLAR

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031