SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan XİN Özbəkistanın Türk Şurasına üzvlük qərarını alqışlayıb

Azərbaycan XİN Özbəkistanın Türk Şurasına üzvlük qərarını alqışlayıb
16-09-2019, 14:20

Azərbaycan Xarici İşlər Nazirliyi Özbəkistanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv olması qərarı ilə əlaqədar bəyanat yayıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, XİN-dən verilən məlumata görə, sənəddə bildirilir ki, 2019-cu il sentyabrın 14-ə təsadüf edən Özbəkistan Respublikası tərəfindən Naxçıvan Sazişinin ratifikasiyasının tamamlanması türkdilli dövlətlərin həmrəyliyinin möhkəmləndirilməsində növbəti əlamətdar hadisə oldu: "Belə ki, 2009-cu ildə Naxçıvan Sazişi ilə əsası qoyulan və indiyə qədər Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin üzv olduğu TDƏŞ-ə daha bir türkdilli ölkə - Özbəkistanın qoşulmaq qərarı açıqlandı. Bu qərarı münasibətilə qardaş Özbəkistanı təbrik edirik".

Bəyanatda deyilir ki, Özbəkistanın Türk Şurasında təmsil olunmaq qərarı dərin çoxəsrlik köklərə əsaslanan mədəni və tarixi qardaşlığımızı müasir zəmanənin tələblərinə uyğun olaraq türkdilli dövlətlərin xalqlarının rifahı naminə daha da inkişaf etdirmək baxımından mühüm əhəmiyyət kəsb edir: "Özbəkistanın TDƏŞ-ə qoşulması barədə bu tarixi qərarının məhz Naxçıvan Sazişinin imzalanmasının 10-cu ildönümünə təsadüf etməsi Azərbaycan Respublikası üçün xüsusi rəmzi məna daşıyır. Bu il oktyabrın 15-də Bakıda keçiriləcək Türk Şurasının 7-ci Zirvə görüşündə Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə qardaş Özbəkistanın nümayəndə heyətini salamlamaq bizim üçün şərəfli və xoş bir fürsət olacaq".

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031