SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan səfiri Ukraynanın yeni xarici işlər naziri ilə görüşüb

Azərbaycan səfiri Ukraynanın yeni xarici işlər naziri ilə görüşüb
13-09-2019, 15:30

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bu ölkənin yeni xarici işlər naziri Vadim Pristayko ilə görüşüb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfirliyindən məlumat verilib.

Görüş zamanı tərəflər iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin inkişafından məmnunluqlarını bildiriblər. Qeyd edilib ki, hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı və qarşılıqlı dəstəyi vacibdir.

Görüşün sonunda səfir V.Pristaykoya oktyabrın 25-26-da keçiriləcək Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşünə rəsmi dəvəti təqdim edib. Nazir rəsmi dəvətə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XBƏR LENTİ
BÜTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031