SON DƏQİQƏ

naxcivanxeberleri.com

DMX rəisi: "Bu il əməkçi miqrantlarla bağlı kvotanın yarısı dolub"

DMX rəisi:
13-09-2019, 17:15

"Nazirlər Kabineti əməkçi miqrantlarla bağlı bu il üçün 6800 kvota müəyyənləşdirib və artıq yarıdan çox həddə əcnəbi Dövlət Miqrasiya Xidmətinə (DMX) müraciət edib".

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında DMX rəisi Vüsal Hüseynov deyib.

O bildirib ki, kvotanın mövcudluğu heç bir sahibkarlıq subyekti üçün gərginlik yaratmamalıdır: "Kvota bitdiyi təqdirdə hökumət tərəfindən təkrar baxıla bilər. Onu da qeyd edim ki, daimi yaşama icazəsi olan şəxslər, yaxud da Azərbaycan vətəndaşı ilə nikahda olan şəxslər iş icazəsindən azaddırlar".

V.Hüseynov əlavə edib ki, əmək bazarının milliləşməsi dövlətin yanaşmasından biridir: "Enerji sektorunda 90 faizdən yuxarı yerli vətəndaşların əməyindən istifadə olunur. Əvvəllər hər hansı tikinti sektorunda və ya səhiyyə sektorunda əcnəbilər vardısa, bu gün onları yerli mütəxəssislər əvəz edirsə, deməli bu nəticə olaraq mililəşmənin müsbət göstəricisidir. Nəzərə alın ki, əcnəbi işçi qüvvəsi həm də resurs tutumludur. Yəni onlar üçün iş icazəsi alınmalıdır. Bu da müddətə görə dəyişir. 6 aylıq iş icazəsi üçün dövlət rüsumunun qiyməti 500, 1 illik rüsumun qiyməti isə 1000 manat təşkil edir"

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930