SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı CORLEAP-ın həmsədri seçildi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı CORLEAP-ın həmsədri seçildi
12-09-2019, 16:07

Sentyabrın 12-də Finlandiyanın Türkü şəhərində Şərq Tərəfdaşlığının Regional və Yerli Hakimiyyətinin Konfransının -CORLEAP-ın 9-cu illik yığıncağı keçirilib.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, İllik Yığıncağın işində Avropa İttifaqının Regionlar Komitəsinin prezidenti Karl Hayns Lambert's, Finlandiya Xarici İşlər Nazirliyinin Daimi Dövlət katibi, səfir Martın Anttonen, Cənub-Qərb Finlandiya Şurasının İdarə Heyətinin sədri İlkka Kanerva, Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə direktoru Lourens Meredit, Avropa Şurasının Yerli və Regional Hakimiyyətləri Konqresinin prezidenti Andreas Knape, Finlandiya parlamentinin deputatları və bir sıra digər şəxslər çıxış edərək yığıncaqda qurumun illik fəaliyyət istiqamətləri üzrə işlərə qiymət vermiş və gələcək perspektivlər müzakirə olunmuşdur. Yığıncaqda həmçinin CORLEAP-ın iki tematik sənədi - "Yerli və regional hakimiyyət orqanlarının potensialının artırılması" və "Transsərhəd proqramları çərçivəsində fərdlər arasında əlaqələrə yardım" adlı siyasi məruzələri üzərində müzakirələr aparılaraq müvafiq tövsiyyələr qəbul olunmuşdur. Yığıncaqda eləcə də "Şərq Tərəfdaşlığının gələcəyinin formalaşdırılmasında yerli və regional hakimiyyətlərin rolu"na dair dinləmələrdə diplomatların, vətəndaş cəmiyyətinin təmsilçilərinin eləcə də Avropa İttifaqının Xarici Əlaqələr Xidmətinin nümayəndələrinin iştirakı ilə müzakirələr aparılmışdır.
CORLEAP-ın illik yığıncağında ölkəmizi təmsil edən nümayəndə heyəti (Anar İbrahimov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Təmraz Tağıyev, Nərımanov Bələdiyyəsinin sədri və Gülnaz Salamova, Şəki Bələdiyyəsinin sədr müavini) müzakirə olunan məsələlərə dair çıxış etmiş, ölkəmizdə yerli və regional hakimiyyətlərin potensialının artırılması, regionların inkişafı istiqamətində görülən işlər və aparılan siyasət, onların nəticələri barədə tədbir iştirakçılarını məlumatlandırmışlar.

Qurum çərçivəsində həmçinin Şərq Tərəfdaşlığının tematik platformalarında uyğun olaraq məruzəçi təyin olunmuşdur. Qərara alınmışdır ki, Azərbaycan nümayəndəsi Anar İbrahimov "Şərq tərəfdaşlığı ölkələrində fiskal əksmərkəzləşdirmə siyasəti və yerli və regional hakimiyyətlərinin maliyyə muxtariyyəti" sahəsində məruzəçi təyin edilsin.

Yığıncaqda əlavə olaraq CORLEAP-ın yenilənmiş reqlamenti səsə qoyularaq qəbul edilmişdir.

Qurumun 9-cu İllik Yığıncağında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov CORLEAP-ın həmsədri vəzifəsinə seçilmişdir. Digər həmsədr isə hazırkı Avropa İttifaqının Regionlar Komitəsinin prezidenti, Belçikalı senator Karl-Hayns Lamberts müəyyən edilmişdir.

CORLEAP 2011-ci ildə Polşanın Poznan şəhərində təsis edilib və Avropa İttifaqı-"Şərq Tərəfdaşlığı" platformasının regional və yerli hakimiyyətləri üçün institut kimi çıxış edən strukturdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı CORLEAP-ın həmsədri seçildiNaxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı CORLEAP-ın həmsədri seçildi
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı CORLEAP-ın həmsədri seçildi
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı CORLEAP-ın həmsədri seçildi

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30