SON DƏQİQƏ

naxcivanxeberleri.com

IDB-nin missiyası Azərbaycana gəlib

IDB-nin missiyası Azərbaycana gəlib
12-09-2019, 16:55

İslam İnkişaf Bankının (IDB) missiyası Azərbaycana gəlib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, missiyaya Bankın eksperti Bayu Sunaryonun (Bahyu Ssunaryo) rəhbərlik edir.

Missiya IDB-nin Azərbaycanda dəstəklədiyi 2 əsas layihə ilə bağlı işlərin gedişatını yoxlayacaq. Bu layihələrdən biri “Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya” layihəsi, digəri isə Azərbaycan hökuməti, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (International Found for Agrecultura Development - IFAD) və IDB-nin birgə layihəsi olan “Kənd yerlərinin kompleks inkişafı layihəsi”dir.

I layihənin icraçısı “Azərsu” ASC, II layihənin icraçısı isə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) müəyyən edilib. IDB rəsmiləri hər iki qurumda olub, həmçinin regionlarda layihələrin icrası ilə maraqlanıblar.

Missiyanın işini sabah başa çatdırması planlaşdırılır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30