SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı keçirilir

Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı keçirilir
12-09-2019, 10:46

Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı keçirilir.

NAXCİVANXEBERLERİ.COM-un xəbərinə görə, toplantıya Asiya, Avropa və Afrikanın 20-yə yaxın ölkəsindən, o cümlədən Türkiyə, Hindistan, Banqladeş, Nepal, Kenya, Zimbabve, İraq, Kosovo, Makedoniya, Şri-Lanka, Tanzaniya, Uqandadan nümayəndələr, həmçinin ölkəmizin ictimai rəyə təsir göstərən kütləvi informasiya vasitələrinin təmsilçiləri qatılıb.

Tədbirdə BMT, Avropa Şurası kimi beynəlxalq təşkilatların, o cümlədən yerli media qurumlarının rəhbərləri və ekspertlər də iştirak edirlər.

Ümumdünya Mətbuat Şuraları Assosiasiyasına üzv təşkilatların nümayəndələri öz ölkələrində söz azadlığı və medianın durumu, o cümlədən mövcud problemlərə dair məruzələrlə çıxış edəcəklər. Mövcud sahədəki tendensiylarla bağlı fikir mübadiləsinin aparılacağı toplantıda həmçinin ekstremal vəziyyətlərdə və müharibə şəraitində jurnalistlərin davranışı ilə bağlı müzakirələrin getməsi də nəzərdə tutulur.

Tədbirdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov iştirak edir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30