SON DƏQİQƏ

naxcivanxeberleri.com

Baş nazirin müavini: "Azərbaycanda ünvanlı sosial yardım alan ailələrin əksəriyyəti çoxuşaqlıdır"

Baş nazirin müavini:
11-09-2019, 14:47

"Azərbaycanda xeyli ailə ünvanlı sosial yardım alır. Bu yardımdan faydalanan ailələrin əksəriyyəti çoxuşaqlıdır. Bu mənada "ölkədə "uşaqpulu" verilmir" məntiqini qəbul etmirəm. Ona görə də ki, ünvanlı sosial yardım həm də çoxuşaqlı ailələr üçün nəzərdə tutulub. Çoxuşaqlı ailələr həm də aztəminatlı ailə hesab olunur".

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi, Baş Nazirin müavini Əli Əhmədov deyib.

Ə.Əhmədov qeyd edib ki, "Azərbaycanda "uşaqpulu" verilmir" fikrini səsləndirmək doğru deyil: "Azərbaycan hökuməti çoxuşaqlı ailələri diqqətdən kənarda saxlamır. Siz bunu "uşaqpulu" formasında ifadə edirsinizsə, o zaman bu, araşdırılmalıdır. Güman edirəm ki, bu məsələ araşdırıla və qərar qəbul oluna bilər. Bir daha qeyd edirəm ki, aztəminatlı ailələrin dövlətdən güzəştalma mexanizmi və forması mövcuddur".

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30