SON DƏQİQƏ

naxcivanxeberleri.com

Prezident İlham Əliyev Rusiyanın Sverdlovsk vilayətinin qubernatorunu qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev Rusiyanın Sverdlovsk vilayətinin qubernatorunu qəbul edib - YENİLƏNİB
11-09-2019, 14:15

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 11-də Rusiya Federasiyasının Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub, Azərbaycanın Rusiyanın ayrı-ayrı vilayətləri, o cümlədən Sverdlovsk vilayəti ilə əlaqələrinin genişlənməsinin məmnunluq doğurduğu bildirilib.

Söhbət zamanı Azərbaycanla Sverdlovsk vilayəti arasında ticarət dövriyyəsinin 85 faiz artması iqtisadi əməkdaşlığın möhkəmləndirilməsinin yaxşı göstəricisi kimi dəyərləndirilib, ticarət dövriyyəsinin daha da artırılması üçün lazımi potensialın mövcud olduğu vurğulanıb. Eyni zamanda Bakıda keçiriləcək biznes forumun əlaqələrin genişlənməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub. Son illər Rusiyadan Azərbaycana gələn turistlərin sayının durmadan artdığı vurğulanaraq Sverdlovsk vilayəti ilə turizm sahəsində əlaqələrin inkişaf etdirilməsinin önəmi bildirilib.

Görüşdə əməkdaşlığın müxtəlif istiqamətləri, o cümlədən sənaye, maşınqayırma sahələrində birgə layihələrin həyata keçirilməsi, sərmayə qoyuluşu, mədəniyyət, təhsil sahələri ilə bağlı əməkdaşlıq məsələləri müzakirə edilib.

*** 13:23

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 11-də Rusiya Federasiyasının Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30