SON DƏQİQƏ

naxcivanxeberleri.com

Gürcüstan və ABŞ hərbi əməkdaşlığı gücləndirəcək

Gürcüstan və ABŞ hərbi əməkdaşlığı gücləndirəcək
11-09-2019, 17:30

Gürcüstan və ABŞ hərbi sahədə əməkdaşlığı gücləndirmək niyyətindədir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili ABŞ müdafiə nazirinin Ukrayna, Rusiya və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Lora Kuperlə görüşdə bildirib.

Tərəflər müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq üzrə çərçivə sazişinin yenilənməsi məsələsini müzakirə ediblər. Sənəd İ.Qaribaşvilinin yaxın gələcəkdə ABŞ-a səfəri çərçivəsində imzalanacaq.

Müdafiə naziri Gürcüstan və ABŞ arasında strateji tərəfdaşlığı qeyd edərək müdafiə sahəsində ikitərəfli əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.

L.Kuper öz növbəsində deyib ki, ABŞ Gürcüstanın Müdafiə Nazirliyi ilə əməkdaşlığı davam etdirməkdə maraqlıdır. Pentaqon rəsmisi Gürcüstanla strateji əməkdaşlığın dərinləşdirilməsi üçün bir sıra imkanların olduğunu qeyd edib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30