SON DƏQİQƏ

naxcivanxeberleri.com

Türkiyə XİN başçısı: "ABŞ-la əməkdaşlığımız nəticə verməsə, bölgəyə girəcəyik”

Türkiyə XİN başçısı:
10-09-2019, 14:30

"Suriyanın şimalında təhlükəsizlik bölgəsinin yaranması istiqamətində ABŞ-la əməkdaşlığımızdan bir nəticə əldə edilməzsə, biz bölgəyə girəcəyik”.

NAXCİVANXEBERLERİ.COM “Hurriyet”ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu monteneqrolu həmkarı Srdjan Darmanoviçlə sentyabrın 10-da keçirdiyi mətbuat konfransında bildirib.

“ABŞ-la müzakirələr başlayandan indiyə kimi ilk addım atılıb. Bir ortaq fəaliyyət mərkəzi qurulacaq. Biz bunu yaxşı başlanğıc olaraq dəyərləndiririk. Xəbərdarlıqlarımızı qəti şəkildə ABŞ-a açıqladıq. ABŞ başda Münbiç yol xəritəsi olmaqla məsələyə laqeyd yanaşır. Təəssüf ki, YPG (terrorçu PKK/YPG-PYD qruplaşmasını nəzərdə tutur - red.) terror qruplaşmasına görə məsələni təxirə salıb. Bu gün xəbərdarlıqlarımızda haqlı olduğumuzu gördük.

Bununla belə, ABŞ-ın təhlükəsizlik bölgə ilə bağlı prosesə başlamaq istədiyini düşünürük. ABŞ-ın atdığı addımlar kosmetikdir. Türkiyənin isə planı hazırdır. Suriyanın şimalında təhlükəsizlik bölgəsinin yaranması istiqamətində ABŞ-la əməkdaşlığımızdan bir nəticə əldə edilməzsə, biz bölgəyə girəcəyik. Bölgələri YPG və İŞİD-dən təmizlədiyimiz kimi, bu bölgələri də təmizləyərik. Biz ABŞ-la birgə fəaliyyət göstərmək istəyirik. Ancaq indi onlar daha PKK/YPG-PYD tərəfdarları ilə işləmək istəyən kimi davranırlar”, - Mövlud Çavuşoğlu vurğulayıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930