SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan hərbçiləri ABŞ-ın təşkilatçılığı ilə Almaniyada keçiriləcək təlimdə iştirak edəcəklər-FOTO

Azərbaycan hərbçiləri ABŞ-ın təşkilatçılığı ilə Almaniyada keçiriləcək təlimdə iştirak edəcəklər-FOTO
10-09-2019, 11:37

Azərbaycan Ordusunun hərbi qulluqçuları “Hohenfels” təlim mərkəzində keçiriləcək “Saber Junction - 19” çoxmillətli briqada taktiki təlimində iştirak etmək üçün Almaniyaya yola düşüblər.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Amerika Birləşmiş Ştatları Avropa Komandanlığının (EUCOM) təşkilatçılığı ilə keçiriləcək təlimin əsas məqsədi NATO və tərəfdaş ölkələr arasında əməliyyat uyarlılığının və bölmələrin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi, eləcə də hərbi qulluqçuların fərdi bacarıqlarının təkmilləşdirilməsidir.

Azərbaycan Ordusunun nümayəndələrinin də qatıldığı təlimə NATO-nun üzv və tərəfdaş ölkələrinin ordularından 2000-dək hərbi qulluqçu cəlb olunub.

Təlim sentyabrın 30-dək davam edəcək.

Azərbaycan hərbçiləri ABŞ-ın təşkilatçılığı ilə Almaniyada keçiriləcək təlimdə iştirak edəcəklər-FOTO
Azərbaycan hərbçiləri ABŞ-ın təşkilatçılığı ilə Almaniyada keçiriləcək təlimdə iştirak edəcəklər-FOTO

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930