SON DƏQİQƏ

00:06 - Günün qoroskopu

23:47 - Azərbaycan karateçisi ermənini məğlub edərək qızıl medal qazanıb

23:19 - Böyrəkləri təmizləyən ən təbii müalicə üsulları

22:47 - Şahbuz Rayon Uşaq Musiqi Məktəbində dəyirmi masa keçirilib

22:30 - “Əsrin müqaviləsi”nin 25-ci ildönümü münasibətilə konsert keçirilib

22:08 - 349 müəllimin qatılacağı stajkeçmə xidməti keçiriləcək

21:46 - ABŞ kosmosa silah yerləşdirir

21:24 - Cahan Holdinq Kommersiya şirkətləri ittifaqının Naxçıvan Avtomobil Zavodu yeni sorğu kompaniyayasına start verib

21:09 - Dövlət başçısı: "Bu gün Azərbaycanın neft-qaz sektoru öz yeni inkişaf dövrünü yaşayır"

20:59 - Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edib - YENİLƏNİB-3

20:32 - Naxçıvanda ictimai nəqliyyatda fəaliyyət göstərən avtobus və mikroavtobuslar payız-qış mövsümünə hazırlıqla bağlı texniki müayinə edilir

20:32 - Naxçıvanda ictimai nəqliyyatda fəaliyyət göstərən avtobus və mikroavtobuslar payız-qış mövsümünə hazırlıqla bağlı texniki müayinə edilir

20:13 - Şahbuz Rayon İcra Hakimiyyəti tərəfindən bağlardan toplanan alma rayon ərazisindəki hərbi hissəyə təhvil verilib

19:51 - Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Sabir Məmədovun fərdi yaradıcılıq sərgisi açılıb - FOTO

19:39 - Maykl Pompeo Prezident İlham Əliyevi təbrik edib

naxcivanxeberleri.com

Baş Nazirin müavini uşaq pulunun bərpa olunması ilə bağlı məlumatlara münasibət bildirib

Baş Nazirin müavini uşaq pulunun bərpa olunması ilə bağlı məlumatlara münasibət bildirib
7-09-2019, 13:20

Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov uşaq pulunun bərpa olunması ilə bağlı məlumatlara münasibət bildirib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, Ə.Əhmədov qeyd edib ki, dövlətin ən mühüm vəzifəsindən biri də aztəminatlı ailələrə sosial yardımların göstərilməsindən ibarətdir: “Ona görə də mən hesab edirəm ki, bu məsələyə ciddi şəkildə yanaşılmalıdır. Aztəminatlı ailələlərə yardım göstərilməsi müxtəlif formalarla həyata keçirilir və bura ünvanlı sosial yardımın verilməsi, müxtəlif müavinətlərin verilməsi aiddir. Uşaq pulları da bunlardan biri kimi tətbiq edilə bilər, amma mənim şəxsi fikrimdir ki, biz buna daha ciddi şəkildə, eyni zamanda ailələrin yaşayış şəraiti, həyat səviyyəsini nəzərə almaqla yanaşsaq, düzgün olar. Azərbaycanda kifayət qədər yüksək həyat səviyyəsini təmin etmiş ailələr var. Mən düşünmürəm ki, bu ailələrin uşaq puluna ehtiyacı var".

Baş nazirin müavini vurğulayıb ki, hökumət aztəminatlı ailələrə istənilən formada yardımların göstərilməsini öz qarşısına məqsəd qoyub:

"Hesab edirəm ki, ən düzgün yol ondan ibarət olar ki, hökumətin apardığı siyasət sayəsində hər bir ailə öz ehtiyaclarını özünün əldə etdiyi imkanlar hesabına təmin edə bilsin. Yəni çalışmaq lazımdır ki, daha çox bu yolla gedək. Ailələri ancaq dövlət tərəfindən verilən yardımlar hesabına dolanmaq vərdişinə alışdırmayaq. Bu, daha düzgün yol ola bilər. O zaman hər bir vətəndaş, hər bir ailə özünü təmin etməklə yanaşı, eyni zamanda ölkənin iqtisadi potensialının yüksəldilməsinə xidmət göstərəcək. Əks halda biz bütün ailələrə yardım versək, onların hər hansı bir yenilik üçün düşünmək səyləri yəqin ki çox olmayacaqd. Bütün dünyada inkişaf etmiş ölkələr bu yolla gedib. İnsanları daha çox əməyə alışdırmaq, işlə təmin etmək faydalıdır”.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30