SON DƏQİQƏ

naxcivanxeberleri.com

Elmar Məmmədyarov Britaniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Elmar Məmmədyarov Britaniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
3-09-2019, 18:16

Xarici İşlər naziri Elmar Məmmədyarov Böyük Britaniya və Şimali İrlandiya Krallığının ölkəmizə yeni təyin olunmuş səfiri Ceyms Layl Şarpı qəbul edib.

Xarici İşlər Nazirliyindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Elmar Məmmədyarov Ceyms Layl Şarpı Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Səfir etimadnaməsinin surətini nazirə təqdim edib.

Görüşdə iki ölkə arasında mövcud olan ikitərəfli münasibətlərin hazırkı durumu haqqında fikir mübadiləsi aparılıb və tərəflər ölkələr arasında enerji, siyasi, iqtisadi və digər sahələrdə əldə edilmiş nailiyyətlərin məmnunluq doğurduğunu ifadə ediblər.

Ceyms Layl Şarp Azərbaycana təyin olunmasından məmnun olduğunu və diplomatik fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.

Daha sonra Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinin son vəziyyəti haqqında qarşı tərəfə məlumat verən nazir Ermənistan rəhbərliyinin son bəyanatlarının bölgədə gərginliyin artmasına xidmət etdiyini və danışıqlar prosesinə xələl gətirdiyini qarşı tərəfin diqqətinə çatdırıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930