SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ermənistan atəşkəs rejimini 81 dəfə pozub, ekskavator atəşə tutulub

Ermənistan atəşkəs rejimini 81 dəfə pozub, ekskavator atəşə tutulub
7-01-2019, 16:00

Qazax və Ağstafa rayonları ərazisindəki düşmənlə təmas xəttində xidməti-döyüş fəaliyyətini həyata keçirən sərhəd döyüş məntəqələri istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması halları davam etməkdədir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat mərkəzi məlumatı yayıb.Məlumatda bildirilir ki, yanvar ayının əvvəlindən indiyədək DSX Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqələri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən 81 dəfə atəşə tutulub.

Yanvarın 6-sı saat 15:35 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələrindən Qazax rayonunun Kəmərli kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinə doğru 7,62 mm çaplı SVD snayper silahından açılmış atəş nəticəsində güllə dövlət sərhəd xəttindən 450 metr məsafədə mühəndis işləri aparan, mülki şəxs tərəfindən idarə olunan ekskavatorun çalovuna dəyib və kabinasının sağ şüşəsini sındırıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Zeynəb Hüseynzadə

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031