SON DƏQİQƏ

naxcivanxeberleri.com

Braziliya “G-7”nin maliyyə yardımından imtina edəcək

Braziliya “G-7”nin maliyyə yardımından imtina edəcək
27-08-2019, 09:10

Braziliya hökuməti Amazon meşələrində baş verən yanğınlara qarşı mübarizədə ayrılacaq beynəlxalq maliyyə yardımından imtina edəcək.

NAXCİVANXEBERLERİ.COM “TASS”a istinadən xəbər verir ki, bunu Braziliya prezidentinin mülki ofis rəhbəri Oniks Lorençoni bəyan edib.

Söhbət Fransa prezidenti Emmanuel Makronun “Amazon hövzəsindəki kütləvi meşə yanğınlarının söndürülməsi üçün region ölkələrinə 20 milyon avroyadək vəsait ayrılacaq” açıqlamasından gedir.

“Bu maliyyə yardımı Avropa meşələrini bərpa etmək üçün daha uyğundur. Makron, bəşəriyyətin mədəni irsi olan kilsədə gözlənilən yanğının qarşısını ala bilmədi və yenə də bizə bir şey öyrətmək istəyir?”.

Lorençoni bildirib ki, Braziliya istənilən ölkəyə meşələri necə xilas etməyi öyrədə bilər.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930