SON DƏQİQƏ

naxcivanxeberleri.com

AVRO-2020: Sponsorların nümayəndələri Bakıda səfərdədirlər

AVRO-2020: Sponsorların nümayəndələri Bakıda səfərdədirlər
22-08-2019, 14:10

AVRO-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcək 4 oyunu ilə əlaqədar Avropa çempionatının sponsoru olan şirkətlərin nümayəndələri Bakıya gəliblər.

NAXCİVANXEBERLERİ.COM milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Bu gün Bakı Olimpiya Stadionunda "Alipay", Booking.com, "FedEx", "Hisense", SOCAR və "Volskwagen" şirkətlərinin təmsilçilərinin iştirakı ilə təşkil olunmuş tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov salamlama nitqi ilə çıxış edib.

AVRO-2020-nin sponsoru olan qeyd edilən şirkətlərin nümayəndələri Bakı Olimiya Stadionu, həmçinin çempionat dövründə fəaliyyət göstərəcək Fan Zonanın yerləşəcəyi ərazi ilə tanış olublar.

Xatırladaq ki, 2020-ci ildə Avropa çempionatının 4 oyunu Bakı Olimpiya Stadionunda təşkil olunacaq. İyunun 13-də, 17-də və 21-də A qrupunun 3 qarşılaşması, iyulun 4 isə 1/4 final mərhələsinin 1 matçı BOS-da keçiriləcək.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930