SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Hərbi-tibbi estafet” müsabiqəsində Azərbaycan Ordusunun kişilərdən ibarət hərbi həkimlər komandası medalla təltif olunub

“Hərbi-tibbi estafet” müsabiqəsində Azərbaycan Ordusunun kişilərdən ibarət hərbi həkimlər komandası medalla təltif olunub
Dün, 11:36

“Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində Özbəkistanda keçirilən “Hərbi-tibbi estafet” müsabiqəsinə komanda birinciliyi yarışları ilə yekun vurulub.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, hakimlərin qərarına əsasən yarışda qazandığı uğura görə 11 komanda arasında Azərbaycanın kişilərdən ibarət komanda heyəti 111 xalla 3-cü yerə layiq görülüb.

Özbəkistan və Qazaxıstan komandaları isə müvafiq olaraq birinci və ikinci yerlərdə qərarlaşıb.

“Hərbi-tibbi estafet” müsabiqəsinin təntənəli bağlanış mərasimində Azərbaycan Ordusunun kişilərdən ibarət hərbi həkimlər komandası medalla təltif olunub.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031