SON DƏQİQƏ

naxcivanxeberleri.com

Pakistan səfiri: "Azərbaycandan Kəşmir qətnaməsini dəstəkləməsini xahiş etmişik"

Pakistan səfiri:
14-08-2019, 14:30

“Azərbaycan bizə dost olan ölkədir. Bu qardaş ölkədən dəstək gözləyirik”.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Pakistanın Azərbaycandakı səfiri Səid Xan Möhmənd ölkəsinin müstəqilliyinin 73-cü ildönümünə həsr olunan mətbuat konfransında bildirib.

“Bu yaxınlarda Azərbaycan Xarici İşlər Nazirliyində olmuşam, Kəşmir məsələsini müzakirə etdik. Həmçinin Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının Kəşmir təmas qrupunun da üzvü olduğunu qeyd etmək istəyirəm. Biz də Azərbaycandan Kəşmir qətnaməsini dəstəkləməsini xahiş etmişik”, – pakistanlı diplomat deyib.

O, Ermənistanı tanımayan yeganə dövlət olduqlarını da xatırladıb: “Bildiyiniz kimi, Pakistan parlamentinin hər iki palatasında Xocalı qətliamına dair qətnamələr qəbul olunub”.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031