SON DƏQİQƏ

naxcivanxeberleri.com

Avazda Xəzərdə ticari-iqtisadi əməkdaşlıq haqqında saziş imzalanılıb

Avazda Xəzərdə ticari-iqtisadi əməkdaşlıq haqqında saziş imzalanılıb
11-08-2019, 22:20

Avazda Xəzər İqtisadi Forumunun tədbirləri çərçivəsində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan iqtisadiyyatları üzrə səlahiyyətli qurumların rəhbərlərinin iclası keçirilib.

NAXCİVANXEBERLERİ.COM bu barədə Türkmənistan hökumətinə istinadən məlumat verir.

Nəticədə Xəzəryanı ölkələrin hökumətləri arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında Saziş imzalanıb.

Qeyd edək ki, Avaza Milli Turizm Bölgəsində (Türkmənbaşı şəhəri, Türkmənistan) keçirilən Birinci Xəzər İqtisadi Forumu 11-12 avqust tarixlərində keçirilir.

Forumun gündəliyinə iri layihələr üçün şərait yaradılması, Xəzəryanı regionun iqtisadiyyatının qlobal kontekstdə rolu, neft və qaz, elektrik enerjisi, nəqliyyat, ticarət, kənd təsərrüfatı, turizm və Xəzəryanı ölkələrin iqtisadiyyatlarının digər sahələrində investisiya cəlbediciliyi barədə müzakirələr daxildir.

Tədbirdə ortaq investisiya layihələri və proqramlarının perspektivləri müzakirə ediləcək.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031