SON DƏQİQƏ

naxcivanxeberleri.com

Soçidə Azərbaycan və İran prezidentləri arasında görüş olacaq

Soçidə Azərbaycan və İran prezidentləri arasında görüş olacaq
11-08-2019, 15:47

İran Prezidenti Həsən Ruhani Soçidə baş tutacaq Azərbaycan-Rusiya-İran sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüş keçirəcək.

NAXCİVANXEBERLERİ.COM "RİA Novosti" yə istinadən xəbər verir ki, bunu İran Prezident Administrasiyasının mətbuat xidmətinin nümayəndəsi Pərviz İsmaili deyib.

Onun sözlərinə görə, H. Ruhani hər iki ölkədən olan həmkarı ilə görüşdə ikitərəfli münasibətlərin ən vacib məsələlərini müzakirə edəcək.

O, həmçinin Soçi sammitin nəticələrindən sonra birgə bəyanatın qəbul olunacağını da qeyd edib.

Qeyd edək ki, avqustun 14-də Soçidə Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşünün keçirilməsi planlaşdırılır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30