SON DƏQİQƏ

naxcivanxeberleri.com

Rövnəq Abdullayev Avropa Cüdo İttifaqının prezidenti ilə görüşüb

Rövnəq Abdullayev Avropa Cüdo İttifaqının prezidenti ilə görüşüb
24-07-2019, 11:45

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan Avropa Cüdo İttifaqının (EJU) prezidenti Sergey Soleveyçiklə görüşüb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, ACF-dən verilən məlumata görə, R.Abdullayev Azərbaycan prezidenti İlham Əliyevin ölkə idmanının inkişafına göstərdiyi böyük diqqət və qayğıdan, ölkə idmançılarının Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında qazandıqları yüksək nailiyyətlərdən danışıb. Ölkədə cüdo idman növünün də zəngin ənənələrə malik olduğunu qeyd edən federasiya rəhbəri son vaxtlar azərbaycanlı dmançıların mötəbər yarışlardakı uğurlarını vurğulayıb. O, Azərbaycan cüdoçularının dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq turnirlərdə medallar qazandığını diqqətə çatdırıb. Hər il yeniyetmələr, gənclər və böyüklər arasında respublika çempionatlarının da yüksək səviyyədə keçirildiyini söyləyən R.Abdullayev bu yarışlarda rekord sayda cüdoçuların mübarizə apardığını qeyd edib.

Səmimi görüşə görə minnətdarlığını bildirən EJU prezidenti Azərbaycanın artıq bütün dünyada idman ölkəsi kimi tanındığını söyləyib. S.Soloveyçik respublikada dövlət səviyyəsində Olimpiya Hərəkatı və idmanın inkişafına göstərilən diqqətin dəfələrlə ümumdünya idman təşkilatları və federasiyaları tərəfindən qiymətləndirildiyini bildirib. Azərbaycan cüdoçularının gələcək beynəlxalq yarışlarda da uğurla çıxış edəcəyinə ümidvar olduğunu söyləyən qitə qurumunun rəhbəri hazırda Bakıda Avropa Gənclər Yay Olimpiya Festivalının yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. Bu mötəbər festivalın cüdo yarişlarında Avropa və yerli federasiyaların birgə işçi qrupunun fəaliyyət göstərdiyini, yarışda qitənin ən güclü yeniyetmə cüdoçularının mübarizə apardığını qeyd edib.

Sonra S.Soleveyçik EJU-nun xüsusi hədiyyəsini R.Abdullayevə təqdim edib. Görüşdə ACF-nin vitse-prezidenti Sadıq Sadıqov iştirak edib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ağustos 2022    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031