SON DƏQİQƏ

naxcivanxeberleri.com

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Şurasının yığıncağı keçirilib-FOTOLAR

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Şurasının  yığıncağı keçirilib-FOTOLAR
20-07-2019, 13:59

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Şurasının yığıncağı keçirilib.


NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, yığıncaqda 2019-cu ilin birinci yarısında görülmüş işlər və qarşıda duran vəzifələr barədə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərli məruzə edib. Bildirilib ki, 27 il əvvəl Naxçıvan şəhərində ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan partiya dahi liderin milli dövlətçilik konsepsiyasını dönmədən həyata keçirib, ötən müddətdə ölkəmiz, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası sürətli inkişaf yolu keçib. Partiyanın Naxçıvan Şəhər Təşkilatı da öz fəaliyyətini Yeni Azərbaycan Partiyasının qurultayları, partiyanın Muxtar Respublika Təşkilatının 2014-cü ilin noyabrında keçirilən V Konfransı və Muxtar Respiblika Təşkilatı Siyasi Şurasının 2017-ci il martın 16-da keçirilən iclasında qarşıya qoyulan vəzifələrin ardıcıl icrası istiqamətində qurub, günün tələblərinə uyğun fəaliyyət göstərib.
Ötən müddətdə təşkilatda 6 İdarə Heyəti, 2 Şura yığıncağı, əlamətdar və tarixi hadisələrlə bağlı elmi-praktik konfranslar və digər kütləvi tədbirlər keçirilib. 2019-ci ilin 6 ayı ərzində 499 nəfər Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunub ki, bunların da 491 nəfərini 18-35 yaşlı gənclər, 251 nəfərini qadınlar təşkil edir. Nəticədə 2019-cu il iyulun 1-nə Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı üzvlərinin sayı 152 ilk partiya təşkilatı üzrə 18253 nəfərə çatıb ki, bunlardan 9651 nəfəri faizi qadınlar, 11332 nəfəri 18-35 yaşlı gənclərdir. Üzvlərdən 2 nəfəri Azərbaycan Respublikası Milli Məclisinin, 19 nəfəri isə Naxçıvan MR Ali Məclisinin deputatlarıdır. Həmçinin təşkilatda 2 nəfər akademik, 6 nəfər AMEA-nın müxbir üzvü, 26 nəfər elmlər doktoru, 162 nəfər fəlsəfə doktoru təmsil olunub.
Məruzə ətrafında Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Şurasının üzvü, ilk təşkilat sədri Tural Haqverdiyev, Naxçıvan Tibb Kolleci ərazi ilk təşkilatının sədri Leyla Vəliyeva çıxış ediblər.
Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Şurasının üzvü, Naxçıvan Şəhər İcra Hakimiyyətinin Başçısı Mirsənani Seyidov çıxış edərək, 2019-cu ilin birinci yarısında Naxçıvan şəhərində həyata keçirilən quruculuq və abadlıq işlərindən danışıb, bu dövrdə muxtar respublika paytaxtının soisal-iqtisadi inkişaf göstəricilərini diqqətə çatdırıb. Naxçıvan şəhəri müasirliklə qədimliyin, Şərq və Qərb mədəniyyətlərinin qovuşduğu məkan kimi tanınıb, özünün abadlığı, təmizliyi və gözəlliyi ilə insanlarımızın qürur yerinə çevrilib, tursitlərin və qonaqların zövqünü oxşayıb. Həyata keçirilən quruculuq işlərində Yeni Azərbaycan Partiyası üzvləri fəal iştirak ediblər.
Şura yığıncağında çıxaş edən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov qeyd edib ki, partiyanın Naxçıvan şəhər təşkilatının siyasi potensialı, yeri və rolu daim fərqlənib. Bu gün şəhər təşkilatının bütövlükdə muxtar respublika təşkilatının üçdə birini təşkil etməsi də bir göstəricidir. Buna görə Naxçıvan Şəhər Təşkilatının fəaliyyətinin təhlili, cari ilin birinci yarısında həyata keçirdiyi tişlərin və tədbirlərin qiymətləndirilməsində işin keyfiyyət parametrləri daha diqqətlə nəzərə alınması təbiidir. İcra katibi qeyd etmişdir ki, 2019-cu ilin ikinci yarısında da partiya təşkilatları və onun staruktur bölmələrinin əsas fəaliyyət istiqamətləri Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri cənab Vasif Talıbovun təsdiq etdiyi İş Planındakı təbbirlərin yerinə yetirilməsi təşkil etməli, gənclərlə iş, ərazi təşkilatları ilə əlaqələrin möhkəmləndirliməsi, şəhərin sosial-ictimai həyatında partiya üzvlərinin fəal iştirakı və bu kimi fəaliyyətə xüsusi diqqət yetirilməlidir.
Yığncağın sonunda bir qrup yeni partiya üzvünə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim edilib.
Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Şurasının  yığıncağı keçirilib-FOTOLARYeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Şurasının  yığıncağı keçirilib-FOTOLARYeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Şurasının  yığıncağı keçirilib-FOTOLAR

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031