SON DƏQİQƏ

naxcivanxeberleri.com

Xoşbəxt Yusifzadəyə “Azərbaycan Xalq Cümhiriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı təqdim olunub

Xoşbəxt Yusifzadəyə “Azərbaycan Xalq Cümhiriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı təqdim olunub
18-07-2019, 14:29

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub.

SOCAR-dan NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Baş Nazir Novruz Məmmədov X.Yusifzadəni qəbul edib, mükafata layiq görülməsi münasibətilə onu təbrik edib, Prezidentin tapşırığı ilə yubiley medalını görkəmli neftçi-alimə təqdim edib.

N.Məmmədov X.Yusifzadəyə möhkəm cansağlığı arzulayıb və onun respublikanın neft sənayesinin inkişafı üçün bundan sonra da var qüvvəsi ilə çalışacağına əmin olduğunu bildirib.

Akademik ölkə neftçilərinə göstərdiyi böyük diqqət və qayğı üçün Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib. O deyib ki, Azərbaycan neftçiləri dövlət başçısının tapşırıqlarına bundan sonra da şərəflə əməl edəcək, Azərbaycanın nefti və qazı ilə bağlı möhtəşəm layihələri uğurla həyata keçirəcəklər.

X.Yusifzadə onu qəbul etdiyi və yubiley medalını şəxsən təqdim etdiyi üçün hökumət başçısına minnətdarlığını bildirib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031