SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bu il Azərbaycanda 75 nəfər vətəndaşlığa qəbul edilib

Bu il Azərbaycanda 75 nəfər vətəndaşlığa qəbul edilib
18-07-2019, 12:28

Azərbaycanda daimi yaşamaq üçün müraciətlər əsasən Gürcüstan, Rusiya, Türkiyə, İran, Ukrayna və digər ölkələrdən daxil olub.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu ilin 6 ayı ərzində Azərbaycanda 75 nəfər vətəndaşlığa qəbul edilib:

"Daimi yaşamaq üçün ümumilikdə 1694 nəfərə icazə verilib. Onların 347 nəfəri Gürcüstan, 225 nəfəri Rusiya, 95 nəfəri Türkiyə, 43 nəfəri Ukrayna və İran vətəndaşları olub. Eyni zamanda, daimi yaşamaq üçün icazələrin sayında 31 faiz azalma müşahidə olunub".

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031