SON DƏQİQƏ

naxcivanxeberleri.com

Daxili İşlər naziri: "Polis 2019-cu ili də yüksək göstəricilərlə başa vuracaq"

Daxili İşlər naziri:
12-07-2019, 18:14

“Əməkdaşlar və hərbi qulluqçular sabitliyin, əmin-amanlığın, dövlətin, vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında qüvvə və bacarığını əsirgəməyəcək, 2019-cu ili də yüksək göstəricilərlə başa vuracaqlar”.

NAXCİVANXEBERLRİ.COM xəbər verir ki, bunu Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Daxili İşlər Nazirliyində 2019-cu ilin 6 ayında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş kollegiya iclasında deyib.

V.Eyvazov hesabat dövründə əməliyyat-xidməti fəaliyyətin bütövlükdə qənaətbəxş olduğunu, cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşların və hərbi qulluqçuların yüksək peşəkarlığı ilə fərqləndiklərini, eləcə də digər hüquq mühafizə orqanları ilə birlikdə ölkədə daxili sabitliyin və asayişin qorunması işinin uğurla davam etdirildiyini bildirib.

Azərbaycan Prezidenti İlham Əliyevin daxili işlər orqanlarının fəaliyyətini hər zaman yüksək qiymətləndirdiyini qeyd edən V.Eyvazov ölkə başçısının ali etimadının şəxsi heyətin üzərinə böyük məsuliyyət qoyduğunu, bu etmadı doğrultmaq üçün ilk növbədə əldə olunmuş müsbət nəticələrin inkişaf etdirilməsini, hər bir struktur qurumda vətəndaş məmnunluğuna, insanlarla münasibətdə etik davranış qaydalarına ciddi əməl olunmasını, şəxsi heyətin peşəkarlığını artırmasını, yüksək mənəvi keyfiyyətlərə malik olmasını, bu istiqamətlərdə fəaliyyətin məqsədyönlü surətdə davam etdirilməsini tələb edib.

Ümumən, daxili işlər orqanlarının şəxsi heyətinin digər dövlət strukturları ilə sıx qarşılıqlı əlaqədə ölkədə həyata keçirilən asayişi mühafizə siyasətinin reallaşdırılmasına həmişə layiqli töhfələr verdiyini xatırladan nazir Pezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi bütün şəxsi heyət adından əmin edib ki, bu iş gələcəkdə də böyük əzmlə davam etdiriləcək, aidiyyəti qanunvericilik aktlarından irəli gələn vəzifələr, qarşıya qoyulmuş bütün tapşırıqlar yüksək səviyyədə yerinə yetiriləcək.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031