SON DƏQİQƏ

naxcivanxeberleri.com

“ASAN xidmət”də ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin 50 illiyi qeyd olunub

“ASAN xidmət”də ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin 50 illiyi qeyd olunub
12-07-2019, 14:40

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatı ilə birgə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin 50 illiyinə həsr olunan tədbir keçirilib.

NAXCİVANXEBERLRİ.COM-un məlumatına görə, tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev 1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan tarixində böyük dönüş dövrünə keçildiyini, dinamik və hərtərəfli inkişafı təmin edən kompleks islahatlara başlandığını vurğulayıb. Müstəqil Azərbaycanın qurulmasında Ümummilli lider Heydər Əliyevin müstəsna rolundan, həyat və dövlətçilik fəaliyyətindən söz açılıb. Qeyd olunub ki, zəngin siyasi irsə, təcrübəyə malik olan ulu öndərin banisi olduğu dövlətçilik strategiyası Prezident İlham Əliyev tərəfindən ölkəmizin inkişafı istiqamətində davam etdirilir.

YAP Gənclər Birliyinin sədri Seymur Orucov Heydər Əliyevin Azərbaycanın inkişafı yolunda həyata keçirdiyi islahatlardan danışıb. Bildirilib ki, bu gün uğurla həyata keçirilən dövlət gənclər siyasətinin müəllifi olan Heydər Əliyev tərəfindən gənclərə hər zaman xüsusi diqqət, qayğı göstərilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin ehtiyatda olan polkovnikləri Arif Zeynalov və İbrahim Şirinov ulu öndər Heydər Əliyevlə birgə işlədikləri dövrlə bağlı xatirələrini bölüşüblər.

YAP Nərimanov rayon təşkilatının sədri Təmraz TağıyevÜmummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə müstəqilliyin möhkəmləndirilməsi, hərtəfəli inkişafa nail olunması, əhalinin sosial vəziyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilmiş tədbirlərdən söz açıb.

Tədbirdə Heydər Əliyevin həyat və dövlətçilik fəaliyyətinə həsr olunmuş videoçarx təqdim olunub.

Sonra “ASAN Könüllülük” məktəbinin təqdimatı və “ASAN xidmət” mərkəzi ilə tanışlıq həyata keçirilib.

Həmçinin “Yaşıl ASAN” proqramı ilə tanışlıq məqsədi ilə Sumqayıt regional “ASAN xidmət” mərkəzinə və Təkrar Kağız Emalı Fabrikinə ekskursiyalar təşkil olunub.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031