SON DƏQİQƏ

naxcivanxeberleri.com

“15 yaşı tamam olmamış Azərbaycan vətəndaşının fərdi identifikasiya kartı haqqında” qanunun qüvvəyə minməsi ertələnib

“15 yaşı tamam olmamış Azərbaycan vətəndaşının fərdi identifikasiya kartı haqqında” qanunun qüvvəyə minməsi ertələnib
12-07-2019, 14:00

Milli Məclisin bu gün keçirilən plenar iclasında “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” qanuna dəyişiklik layihəsi müzakirə edilib.

NAXCİVANXEBERLRİ.COM xəbər verir ki, layihədə qanunun qüvvəyə minmə vaxtının uzadılması təklifi əksini tapıb.

“15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” qanunun 8-ci (Qanunun qüvvəyə minməsi) maddəsində “2020-ci il yanvarın 1-dən” sözləri “2022-ci il yanvarın 1-dən” sözləri ilə əvəz edilib.

Yəni qanun 2020-ci il yanvarın 1-dən deyil, 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Dəyişiklik layihəsi müzakirə edildikdən sonra səsverməyə çıxarılaraq qəbul olunub.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031