SON DƏQİQƏ

naxcivanxeberleri.com

Donald Tusk: “Şərq tərəfdaşlığı” ölkələri ilə əməkdaşlıq daha da gücləndiriləcək”

Donald Tusk: “Şərq tərəfdaşlığı” ölkələri ilə əməkdaşlıq daha da gücləndiriləcək”
11-07-2019, 10:40

“Avropa İttifaqı “Şərq tərəfdaşlığı”na üzv ölkələrlə əməkdaşlığı daha da gücləndirəcək”.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk Batumidə “Şərq tərəfdaşlığı” proqramının 10 illik yubileyinə həsr olunan beynəlxalq konfransda çıxışı zamanı bildirib.

O deyib ki, tərəfdaş ölkələrlə siyasi və iqtisadi inteqrasiyanın davam etdirilməsi və daha da gücləndirilməsi üçün yeni imkanlar nəzərdən keçiriləcək: “Əməkdaşlğın daha da güclü olması üçün dövlətlərlə yanaşı, vətəndaş cəmiyyəti və biznes ictimaiyyətinin də dəstəyi tələb olunur. “Şərq tərəfdaşlığı” proqramının uğurlu olmasını gündəlik həyat təsdiq edir”.

Qeyd edək ki, “Şərq tərəfdaşlığı” (“European neighbourhourd”) proqramı Avropa İttifaqının layihələrindən biridir. Proqram 2008-ci il mayın 7-də qurumun Praqada keçirilən sammitində qüvvəyə minib. Layihə Polşa və İsveç tərəfindən irəli sürülüb. Proqram Avropa İttifaqı və altı tərəfdaş ölkə (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) ilə münasibətlərin gücləndirilməsi üçün yeni təşəbbüsdür. Şərq tərəfdaşlığının əsas hədəfi 6 post-sovet respublikasının Avropa İttifaqına daha da yaxınlaşdırmaq, sabitlik, yaxşı idarəçilik və iqtisadi inkişafı təşviq etməkdir. Bu təşəbbüs demokratiya, qanunun aliliyi, insan hüquqlarına və əsas azadlıqlara hörmət, bazar iqtisadiyyatı və davamlı inkişaf kimi ümumi dəyərlərə əsaslanır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30