SON DƏQİQƏ

naxcivanxeberleri.com

Səfir: "ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Qarabağ münaqişəsinin tezliklə həll edilməsini vacib sayır"

Səfir:
8-07-2019, 12:30

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Vaşinqtonda keçirilən görüş ABŞ-ın həmsədr ölkə kimi yenidən məsələyə maraq göstərməsindən xəbər verir".

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov deyib.

"Vaşinqtonda Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşünün özü çox müsbət məqamdır. Çünki həmsədr ölkələrin hamısı münaqişənin tezliklə həll edilməsini vacib sayır. Hamı status-kvonun qəbuledilməz olduğunu anlayır və hamı münaqişənin sülh yolu ilə həll olunmasını istəyir. Bu, Vaşinqtondakı görüşün ən böyük nəticəsidir", - səfir bildirib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30