SON DƏQİQƏ

naxcivanxeberleri.com

Elmar Məmmədyarov Peruda bir sıra ikitərəfli görüşlər keçirib

Elmar Məmmədyarov Peruda bir sıra ikitərəfli görüşlər keçirib
5-07-2019, 11:10

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Peru Respublikasına işgüzar səfəri çərçivəsində 3 iyul tarixində Perunun Xarici İşlər naziri Nestor Popolizio Bardales ilə görüşüb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycan-Peru münasibətlərinin inkişafı, regional məsələlər və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Nazir Elmar Məmmədyarov Azərbaycanın Sakit okean Alyansına (SOA) müşahidəçi üzv qəbul edilməsinə verdiyi dəstəyə görə həmkarına təşəkkürünü bildirib. O, ölkəmizin Alyans ilə əməkdaşlıqda maraqlı olduğunu və təşkilat çərçivəsində yaradılmış imkanlardan yararlanaraq SOA-nın Asiya ölkələri ilə ticarət əməkdaşlığında fəal iştirak imkanlarının olduğunu diqqətə çatdırıb.

Görüş zamanı, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik müddətində SOA çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031