SON DƏQİQƏ

naxcivanxeberleri.com

Əli Əhmədov Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb

Əli Əhmədov Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb
4-07-2019, 17:55

Baş Nazirin müavini Əli Əhmədov Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskasla görüşüb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Nazirlər Kabinetindən verilən məlumata görə, görüşdə Şərq Tərəfdaşlığı çərçivəsində Avropa İttifaqının yardımı hesabına Azərbaycanda həyata keçirilən layihələrin icra vəziyyəti müzakirə olunub.

Azərbaycanda həyata keçirilən layihələrə Avropa İttifaqının göstərdiyi dəstəyə görə minnətdarlığını bildirən Əli Əhmədov qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsi üçün hökumət tərəfindən bütün zəruri addımların atıldığını qeyd edib.

Baş Nazirin müavini Azərbaycan ilə Avropa İttifaqı arasındakı əməkdaşlığın mövcud durumundan bəhs edərək münasibətlərin inkişafı üçün geniş perspektivlərin olduğunu deyib.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas isə bildirib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında mövcud olan etibarlı tərəfdaşlıq əlaqələri xüsusi əhəmiyyətə malikdir. O, növbəti illərdə Fəaliyyət Proqramları çərçivəsində AB-nin Azərbaycanda icra olunacaq yeni layihələrinin daha effektiv, səmərəli və vaxtında həyata keçirilməsi üçün zəruri olan işlər haqqında fikirlərini də açıqlayıb. Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ağustos 2022    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031