SON DƏQİQƏ

naxcivanxeberleri.com

Gürcüstan səfiri Azərbaycanın aparıcı turizm şirkətlərinin nümayəndələri ilə görüşüb

Gürcüstan səfiri Azərbaycanın aparıcı turizm şirkətlərinin nümayəndələri ilə görüşüb
3-07-2019, 16:49

Gürcüstanın Azərbaycandakı səfirliyində ölkənin aparıcı turizm şirkətlərinin nümayəndələri ilə görüş keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə diplomatik nümayəndəlik məlumat yayıb.

Görüşdə Gürcüstan və Azərbaycan arasında turizm sahəsində əməkdaşlığın dərinləşdirilməsi üzrə perspektivlər ətrafında müzakirələr aparılıb.

Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze yerli turoperatorlara Gürcüstanın turizm potensialı və bu sahədə həyata keçirilən yeni layihələr barədə məlumat təqdim edib.

Diplomat bildirib ki, Gürcüstan dünyanın ən təhlükəsiz ölkələrindən biri kimi tanınıb və ölkənin ilin dörd mövsümündə artan turist axınını qəbul etmək üçün geniş imkanları var.

Z.Patardze həmçinin Gürcüstan və Azərbaycan turoperatorları arasında əməkdaşlıq, birgə turist paketlərinin hazırlanması və digər məsələlərə də diqqət çəkib.

Tədbir sual-cavab formatında davam etdirilib. Sonda azərbaycanlı turoperatorlara Gürcüstanın turizm potensialını əks etdirən bukletlər təqdim olunub.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930