11:42 - “Efes-2022” çoxmillətli təlimi davam edir - FOTO, VİDEO
11:36 - Magistraturaya növbəti qəbul imtahanı keçiriləcək
11:31 - Ukrayna Baş Qərargahı: "Rusiyanın 500-dən çox PUA-sı məhv edilib"
11:26 - Bu gün Türkiyə Təhlükəsizlik Şurası Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcək
11:16 - Bakıda “TEKNOFEST Azərbaycan” festivalı başlayıb
11:14 - Ərdoğan: “Türkiyə və Gürcüstan bölgədə sülhə töhfə verməkdə davam edəcək”
11:11 - Niderland Kralı Azərbaycan Prezidentini təbrik edib
11:07 - Putin Prezident İlham Əliyevə təbrik məktubu göndərib
10:21 - Ukraynada müharibədə ölən uşaqların sayı 240-a çatıb
10:14 - Birədən kiçik robot yaradılıb
10:09 - Tədqiqatlara görə uşaqlar zəkanı anadan alırlar
09:51 - Ukrayna BQ: "Rusiya qoşunları mülki obyektləri və yaşayış məntəqələrini atəşə tutur"
09:42 - MM-in yaz sessiyasının işləri planına daxil edilmiş 6 layihə qəbul edilməyib - SİYAHI
09:32 - “Anatolian Phoenix-2022” beynəlxalq təlimində tapşırıqlar uğurla icra olunub - FOTO, VİDEO
Litva Rusiyaya qarşı sanksiyalar tətbiq etdi
Litva prezidenti Dalya Qribauskayte cümə günü bəyan edib ki, rəsmi Vilnüs Qara dənizdə baş vermiş insidentdən sonra Rusiyaya qarşı milli sanksiyalar tətbiq edib.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb.
“Biz bilirik ki, beynəlxalq təşkilatlar Rusiyanın əməllərinə qarşı heç bir sanksiya irəli sürmədi. Lakin biz Kerç boğazındakı hücuma etiraz əlaməti olaraq öz milli sanksiyalarımızı tətbiq edirik”, - deyə D.Qribauskayte Ukrayna prezidenti Pyotr Poroşenko ilə Kiyevdə görüşü zamanı bildirib.
Ukrayna prezidentinin rəsmi saytı Litva prezidentinin sözlərini təsdiq edib.
Litva prezidenti vurğulayıb ki, sanksiyaları tətbiq edən ilk ölkə olmaq asan deyil.
“Bəzən sanksiyalar tətbiq edərkən, ilk olmaq asan olmur. Biz Rusiyadan şəxsi təhdidlər alırıq, konkret olaraq Litvanın xarici işlər naziri təhdid olunub”, – deyə o əlavə edib.
Bununla belə Qribauskayte hansı sanksiyaların tətbiq edildiyini və nə cür təhdidlər aldığını dəqiqləşdirməyib.