SON DƏQİQƏ

naxcivanxeberleri.com

AİDA və İslam İnkişaf Bankının birgə layihəsi çərçivəsində Çadda 1011 şəxs ödənişsiz əsasda göz əməliyyatı olunub

AİDA və İslam İnkişaf Bankının birgə layihəsi çərçivəsində Çadda 1011 şəxs ödənişsiz əsasda göz əməliyyatı olunub
25-12-2018, 15:32

Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) və İslam İnkişaf Bankının (İİB) 2012-ci ildən etibarən Afrika ölkələrində birgə həyata keçirdiyi “Qarşısı alına bilən görmə qabiliyyəti ilə mübarizə kampaniyası” (AFAB) çərçivəsində görmə qabiliyyətinin bərpası üzrə əməliyyatların növbəti aksiyası bu ilin 25 noyabr - 5 dekabr tarixlərində Çadın paytaxtı Ncamenada təşkil olunub.

XİN-in Mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, kampaniyanın açılış mərasimində çıxış edən Çadın səhiyyə naziri Əziz Məhəmməd Saleh ölkəsinin inkişafına, xüsusilə görmə qabiliyyətinin bərpası ilə əlaqədar həyata keçirilmiş layihələrə göstərdikləri dəstəyə görə Azərbaycan Respublikası, İslam İnkişaf Bankı, İnkişaf naminə İslam Həmrəylik Fondu, Tunisin Nadi əl-Bassar təşkilatı və “Biq hart” Fonduna dərin minnətdarlığını bildirib.

Qeyd olunmuş tarixlərdə Çadda keçirilmiş kampaniya çərçivəsində 1011 şəxs ödənişsiz əsasda göz əməliyyatı olunub, 7200 xəstə isə müayinədən keçirilib. Sözügedən kampaniya Çadın yerli KİV-lərdə ətraflı işıqlandırılıb.

2012-ci ildən AİDA və İİB-nin strateji tərəfdaşlığı çərçivəsində Afrika qitəsində keçirilmiş kampaniyalar zamanı 300 mindən çox şəxs müayinə olunub, 56 mindən çox insan isə əməliyyat olunaraq öz sağlamlığına qovuşub.

gulnar

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031