SON DƏQİQƏ

naxcivanxeberleri.com

Dövlət Gömrük Komitəsinin sədri vətəndaşlarla görüşəcək

Dövlət Gömrük Komitəsinin sədri vətəndaşlarla görüşəcək
25-12-2018, 13:40

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev dekabrın 28-də saat 11:00-da Qusar rayon Heydər Əliyev Mərkəzində ( Qusar şəhəri, Heydər Əliyev parkı )bu bölgədən olan vətəndaşları qəbul edəcək.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən NAXCİVANXEBERLERİ.COM-a Qəbul zamanı bölgədə yerləşən-Qusar, Quba, Xaçmaz, Şabran rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar “195” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00), Şimal Ərazi Baş Gömrük İdarəsi (əlaqə telefonu: (023) 325-34-40) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Seyfur Hacımuradov

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930