SON DƏQİQƏ

naxcivanxeberleri.com

AŞPA qadınlara qarşı zorakılığa dair qətnamə qəbul edib

AŞPA qadınlara qarşı zorakılığa dair qətnamə qəbul edib
26-06-2019, 13:45

Avropa Şurası Parlament Assambleyası (AŞPA) qadınlara qarşı zorakılığa dair qətnamə qəbul edib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, "Qadınlara qarşı zorakılığa dair İstanbul Konvensiyası" adlı qətnamədə üzv ölkələr qadınlara qarşı zorakılıqla mübarizədə daha ciddi və davamlı tədbirlər görməyə dəvət olunurlar.

Qətnamədə bildirilir ki, qadınlara qarşı zorakılıq insan hüquqlarının pozulmasıdır və qadınlarla kişilər arasında bərabərsizliyin möhkəmlənməsinə xidmət edir.

Assambleya üzv ölkələri Avropa Şurasının 2014-cü ildə qəbul etdiyi qadınlara qarşı zorakılığın qarşısının alınması və mübarizə aparılması, ailə zorakılığına dair İstanbul Konvensiyasını ratifikasiya etməyə dəvət edir.

Bununla yanaşı, AŞPA üzv dövlətləri Konvensiyanın dəyərləri və məqsəd və müsbət nəticələrini istər beynəlxalq, istərsə də ölkə daxilində yaymağa çağırır.

Qeyd edək ki, İstanbul Konvensiyası Avropa Şurasının 34 ölkəsi tərəfindən ratifikasiya edilib və 11 ölkəsi tərəfindən imzalanıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031