SON DƏQİQƏ

naxcivanxeberleri.com

İcra başçısı ATƏT nümayəndələrinə ermənilərin törətdikləri təxribatlar barədə məlumat verib

İcra başçısı ATƏT nümayəndələrinə ermənilərin törətdikləri təxribatlar barədə məlumat verib
25-06-2019, 12:50

"ATƏT-in nümayəndə heyətinə Ermənistan silahlı qüvvələrinin son günlər cəbhə xəttində törədikləri təxribatlar barədə məlumat verdim".

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu açıqlamasında Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov deyib.

V.Həsənov iyunun 25-də rayon İcra Hakimiyyətində ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç, Saymon Tiller və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) nümayəndəsi polkovnik-leytenant Harri O`Konnorla görüşüb.

İcra başçısı bildirib ki, ermənilər cəbhə xəttinə yaxın ərazilərdə mülki əhaliyə atəş açmaqla yanaşı, işğal olunmuş Azərbaycan torpaqlarında yanğınlar törədirlər: "Düşmən nəzarəti altında olan torpaqlarımızda mütəmadi olaraq yanğınlar törədilir. Sonuncu dəfə bir neçə gün bundan öncə ermənilər yenidən yanğın törədiblər. Yanğın Ağdam rayonunun Mirəşəlli kəndinin qəbiristanlığına da keçib.

Yerli əhali və Ağdam Rayon İcra Hakimiyyəti düşmənin törətdiyi yanğının qarşısını almaq üçün səfərbər oldu və yanğın çətinliklə söndürüldü. Bununla da alovun taxıl zəmilərinə və fərdi yaşayış evlərinə keçməsinin qarşısı alındı. Mən ermənilərin cəbhə xəttinə yaxın ərazilərdə törətdikləri bu təxribatlar barədə ATƏT nümayəndələrini məlumatlandırdım. Onlar da bizim fikirlərimizi ATƏT rəhbərliyinə çatdıracaqlar".

Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Ağdam rayonu istiqamətində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçirilir.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç, Saymon Tiller və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) nümayəndəsi polkovnik-leytenant Harri O`Konnor aparırlar.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru, Gennadi Petrika, Martin Şuster və YSPQ-nin nümayəndəsi polkovnik-leytenant Ralf Bosshard keçirirlər.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930