SON DƏQİQƏ

naxcivanxeberleri.com

Daxili İşlər naziri: “Polisin güvənc yerinə çevrilməsi yönümündə fəaliyyət sistemli şəkildə davam etdirilməlidir”

Daxili İşlər naziri: “Polisin güvənc yerinə çevrilməsi yönümündə fəaliyyət sistemli şəkildə davam etdirilməlidir”
24-06-2019, 13:56

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tələb və göstərişlərinə uyğun olaraq ölkədə vətəndaş məmnunluğunun təmin edilməsi, polisin insanların güvənc yerinə çevrilməsi, bütövlükdə cəmiyyətdə polisin nüfuzunun daha da yüksəldilməsi yönümündə fəaliyyət sistemli şəkildə davam etdirilməlidir”.

NAXCİVANXEBERLERİ.COM -un xəbərinə görə, bunu Daxili İşlər Nazirliyində (DİN) keçirilən əməliyyat müşavirəsində Daxili İşlər naziri, polis general-leytenantı Vilayət Eyvazov deyib.

Qarşıya qoyulmuş mühüm vəzifələrdən danışan Daxili İşlər naziri bu sırada polisin qanunla müəyyən edilmiş vəzifələrinin hər bir struktur qurumda operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirməsinin, əməkdaşların etik davranış qaydalarına ciddi əməl etmələrinin, bu işə nəzarətin gücləndirilməsinin zərurliyini və müvafiq istiqamətlərdə fəaliyyətin sistemli şəkildə davam etdirilməsini tələb edib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930