SON DƏQİQƏ

naxcivanxeberleri.com

Elmar Məmmədyarov Con Boltonla Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Elmar Məmmədyarov Con Boltonla Dağlıq Qarabağ münaqişəsini müzakirə edib
19-06-2019, 21:56

Vaşinqtonda rəsmi səfərdə olan Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton ilə görüşüb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva öz "Twitter" mikrobloqunda yazıb.

Onun sözlərinə görə, tərəflər görüş zamanı bir sıra məsələlərlə yanaşı Dağlıq Qarabağ münaqişəsini də müzakirə ediblər:

"Xarici İşlər naziri Elmar Məmmədyarov və Con Bolton Ermənistan və Azərbaycan arasındakı münaqişənin nizamlanmasının hazırki mərhələsi, həmçinin mahiyyəti üzrə danışıqların irəli aparılması imkanları, eləcə də regiondakı vəziyyət də daxil olmaqla müxtəlif məsələlər üzrə müzakirələr və fikir mübadiləsi aparıblar".

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031