SON DƏQİQƏ

naxcivanxeberleri.com

Mədəniyyət naziri və müavinləri bölgələrdə vətəndaşlarla görüşəcək

Mədəniyyət naziri və müavinləri bölgələrdə vətəndaşlarla görüşəcək
19-06-2019, 15:32

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən iyunun 21-də saat 11:00-da mədəniyyət naziri Əbülfəs Qarayev Balakən rayon Mədəniyyət Mərkəzində (Balakən şəhəri, Heydər Əliyev prospekti 42) Balakən və Zaqatala rayonlarından olan vətəndaşları qəbul edəcək.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, həmin gün saat 11:00-da mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Şəki şəhər Heydər Əliyev Mərkəzində (Şəki şəhəri, Heydər Əliyev prospekti 216) Şəki şəhəri və Oğuz rayonundan, mədəniyyət nazirinin müavini Rafiq Bayramov Qax rayon Heydər Əliyev Mərkəzində (Qax şəhəri, N.Nərimanov küçəsi 4) Qax rayonundan olan vətəndaşlarla görüşəcək.

Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli - Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsilə qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar, həmçinin yuxarıda qeyd olunmuş rayonların mədəniyyət şöbələri ilə əlaqə saxlaya bilərlər.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031