SON DƏQİQƏ

naxcivanxeberleri.com

Çağırışçıların təyin olunduqları xidmət yerləri iyunun 26-dan sonra açıqlanacaq

Çağırışçıların təyin olunduqları xidmət yerləri iyunun 26-dan sonra açıqlanacaq
19-06-2019, 15:21

İyul ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar təyin olunduqları xidmət yerləri barədə iyunun 26-dan sonra məlumatlandırılacaqlar.

Bu barədə NAXCİVANXEBERLERİ.COM-a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) məlumat verilib.

Çağırışçılar SHXÇDX tərəfindən SMS vasitəsilə məlumatlandırılacaqlar.

Bununla yanaşı vətəndaşlar iyunun 26-dan etibarən xidmət edəcəkləri hərbi hissə və qoşun növü barədə məlumatı SHXÇDX-nin rəsmi internet saytının “Elektron xidmət” bölməsində özləri haqqında tələb olunan məlumatları müvafiq qaydada daxil etməklə dəqiqləşdirə bilərlər.

Eyni zamanda müddətli həqiqi hərbi xidmətə göndərilənlər mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə də hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumat ala bilərlər.

Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031