SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan Rusiya ilə birgə beynəlxalq laboratoriya yaradır

Azərbaycan Rusiya ilə birgə beynəlxalq laboratoriya yaradır
19-06-2019, 13:41

Azərbaycan və Rusiya birgə beynəlxalq laboratoriya yaradır.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bununla bağlı AMEA-nın Zoologiya İnstitutu ilə Rusiya Elmlər Akademiyasının Bitki və Heyvanların Ekologiyası İnstitutu arasında müqavilə imzalanıb.

Yeni yaradılacaq laboratoriyada Ural və Azərbaycanın bioloji müxtəlifliyinin birgə müqayisəli analizi, suda-quruda yaşayanların genetik dəyişikliyinin öyrənilməsi, onların statusunun müəyyənləşdirilməsi nəzərdə tutulur.

Bundan əlavə, paleoentomoloji məlumatların cəlb edilməsi əsasında regionun quru biogeosenozlarının tarixinin əsas tərkib hissəsi kimi Azərbaycanda pleystosen və holosendə entomokomplekslərin formalaşması proseslərinin rekonstruksiyası, köçən quşların miqrasiya yolları, eyni zamanda heyvanların ekologiyasının tarixi və populyasiyalarının analizinə dair tədqiqatlar aparılacaq.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031