SON DƏQİQƏ

naxcivanxeberleri.com

Rusiya, Azərbaycan və İran arasında dəmir yolu xəttinin birləşdirilməsi layihəsi həyata keçiriləcək

Rusiya, Azərbaycan və İran arasında dəmir yolu xəttinin birləşdirilməsi layihəsi həyata keçiriləcək
18-06-2019, 20:57

Rusiya, Azərbaycan və İran arasında dəmir yolu xəttinin birləşdirilməsi layihəsi həyata keçiriləcək.

NAXCİVANXEBERLERİ.COM “Moskva-Baku”ya istinadən xəbər verir ki, bu barədə Rusiya ilə İranın iqtisadi və ticari əməkdaşlığına dair hökumətlərarası komissiyasının İsfahanda keçirilən 15-ci iclasında Rusiyanın energetika naziri Aleksandr Novak deyib.

O, bu məsələyə dair üç ölkə arasında görüşün gözlənildiyini qeyd edib.

Rusiya ilə İran şirkətlərinin Xəzərdəki neft-qaz yataqlarının birgə istismarına dair bəzi təkliflərinin olduğunu qeyd edən nazir məsələnin hələlik müzakirə mərhələsində olduğunu qeyd edib.

Rusiya ilə İran arasında kənd məhsullarının dəniz yolu ilə daşınmasına başlamağın nəzərdə tutulduğunu qeyd edən rusiyalı nazir bu ilin 21 mart - 20 aprel dövründə İrandan Rusiyaya ixracatın ötən ilin müvafiq dövrünə nisbətən 9 faiz, Rusiyanın bu ölkəyə ixracatının isə 62 faiz azaldığını diqqətə çatdırıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930