SON DƏQİQƏ

naxcivanxeberleri.com

MSK sədri və üzvlərinin vəzifə maaşları artırılıb - SİYAHI

MSK sədri və üzvlərinin vəzifə maaşları artırılıb - SİYAHI
18-06-2019, 19:51

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası üzvlərinin vəzifə maaşlarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 yanvar tarixli 1893 nömrəli Sərəncamında dəyişiklik edilməsi bərədə sərəncam imzalayıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, sərəncam Mərkəzi Seçki Komissiyası (MSK) üzvlərinin maddi təminatını yaxşılaşdırmaq məqsədilə imzalanıb.

Sərəncamla Seçki Komissiyası üzvlərinin aylıq vəzifə maaşları aşağıdakı məbləğlərdə müəyyən edilib:

Sədr – 3060 manat

Sədrin müavini – 2845 manat

Katib – 2110 manat

Mərkəzi Seçki Komissiyasının üzvü – 1920 manat.

Bu Sərəncam 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30